Avropa Mədəni İrs ili”nə yekun vurulub

 

 

Avstriyanın paytaxtı VyanadaAvropa Mədəni İrs ili – 2018”in bağlanış mərasimi keçirilib.

Mövzu və konsepsiyasına görə mədəni irsin qorunması, inkişafı, mədəni turizm, muzey, inklüziv mədəniyyət, yaradıcı və innovativ mədəniyyət məsələlərini əhatə edən layihəyə Avstriyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində Avropa Şurası, Avropa İttifaqının aidiyyəti komissiyaları ilə yanaşı, “Avropa İrs Günləri”, “Europeana”, “Europe Nostrakimi beynəlxalq layihələr tərəfdaşlıq edir.

Tədbir çərçivəsində “Avropa Mədəni İrs ilinin müzakirəsi, mədəniyyət siyasətinə həsr olunmuş sessiyalarVyana şəhərində fəaliyyət göstərən muzeylər və mədəni irs istiqamətlərini əhatə edən xüsusi marşrutların təqdimatı keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları Nərgiz Abdullayeva və Qasım Şirinli iştirak ediblər.

Mərasimdə Avstriyanın incəsənət, mədəniyyət və media naziri Gerno Blumel, Avropa Parlamentinin Mədəniyyət və təhsil komitəsinin sədri Petra Kammerevert, Təhsil, mədəniyyət, gənclər və idman müvəkkili Tibor Navracsiks iştirak ediblər. Tədbirlərdə mədəni irs üzrə e-tvinninq sahəsində ən yaxşı layihələrin təltifetmə mərasimi keçirilib. Qaliblər Avropa Komissiyasının Mədəniyyət və yaradıcılıq direktoru Mişel Maqnier tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, tədbirlərə Avropa ölkələri ilə yanaşı, bir çox dünya ölkələrinin sahə üzrə təşkilatları və mütəxəssisləri qatılıb. Mədəniyyət Nazirliyinin nümayəndələri Avropa Komissiyasının Mədəniyyət və yaradıcılıq direktoru Mişel Maqnier ilə görüşüb və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.8.