İfaçılarımız Riqa musiqi festivalında mükafat qazanıblar

 

 

 

Latviyanın paytaxtı Riqa şəhərində 6-9 dekabr tarixində “Riga Symphony” VII Beynəlxalq musiqi festivalı keçirilib.

Bu il festivala rekord sayda iştirakçı – 26 ölkədən 301 ifaçı qatılıb. Festivalda ölkəmizi Nigar Cəlilova (xalq musiqisi ifaçılığı) və Ləman İbrahimova (dünya hiti) təmsil ediblər. Qalibləri Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadənin də daxil olduğu münsiflər heyəti müəyyənləşdirib.

Azərbaycan Milli Konservatoriyasının dördüncü kurs tələbəsi Nigar Cəlilova “Folklor” nominasiyasında ikinci yeri (“Başına mən dolanım” mahnısı) tutubgümüş medala (“Sliver Symphony”) layiq görülüb.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Yelena Obraztsova Beynəlxalq Musiqi Akademiyasının məzunu Ləman İbrahimovaPop-musiqidünya hiti” nominasiyasında qızıl medal (“Gold Symphony”) qazanıb. O, festivalın əsas mükafatı uğrunda yarışmaq imkanı əldə edən az sayda iştirakçılardan biri olub. Azərbaycan nümayəndəsi öz nominasiyasında müsabiqənin Qran-pri mükafatını qazanıb.

Latviyadakı Azərbaycan diasporunun nümayəndəsi Həsən Rəhimov da fərqlənib. O, “Akademik vokal” nominasiyasında birinci mükafata layiq görülüb.

Riga Symphony” festivalı Yelena Şvilpenin bədii rəhbərliyi ilə hər il dekabr ayında keçirilir. Bu da Milad bayramı günlərində Riqanın gözəlliyini və bənzərsizliyini xüsusi qabardır, diqqəti latış mədəniyyətinin musiqi rəngarəngliyi üzərində cəmləyir.

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.8.