“Kolorit”
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunub
Özbəkistan paytaxtındakı Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzi (AMM), Özbəkistan
Rəssamlıq Akademiyası
və Kəmaləddin
Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu “Kolorit” adlı sərgi keçirib.
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan sərginin açılışında AMM-in direktor müavini Polad Zeynalov iki ölkənin tarixi əlaqələri barədə məlumat verib, belə tədbirlərin əhəmiyyətindən
bəhs edib. Bildirib ki, sərgidə Özbəkistanın Xalq rəssamı, professor Cavlon
Umarbekovun emalatxanasında
təhsil alan
tələbələrin əl
işləri nümayiş
etdirilir. Onların arasında soydaşımız
Məhəmməd Əhmədov
da var.
Rəssam
Cavlon Umarbekov deyib: “Sərgidə istedadlı tələbələrimin
müxtəlif mövzularda
çəkdikləri tabloların
yer alması məni sevindirir. Tələbələrin əl işləri
arasında Azərbaycana
həsr edilmiş əsərlər də var”.
“Özbəkistan-Azərbaycan” Dostluq
Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və digər
çıxış edənlər tələbələrin ən
müxtəlif mövzulara müraciət
etdiklərini bildirib, onlara
uğurlar arzulayıblar.
Mədəniyyət.- 2018.- 12
dekabr.- S.8.