TÜRKSOY-da məşhur qazax şairi və bəstəkarının yubileyi

 

 

Dekabrın 8-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mərkəzi qərargahında görkəmli qazax şairi və bəstəkarı Estay Berkimbayulınin anadan olmasının 150 illiyi ilə bağlı konfrans keçirildi.

Türk dünyasını təmsil edən ədəbiyyatçıların, elm və mədəniyyət xadimlərinin, musiqiçilərin qatıldığı konfransın açılışında çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Estay Berkimbayulınin həyat və yaradıcılığından danışdı. Onun müasir qazax musiqisinin inkişafında, eləcə də ənənəvi musiqinin gələcək nəsillərə ötürülməsində müstəsna rol oynayan nadir şəxsiyyətlərdən biri olduğu vurğulandı.

Qazaxıstanın dövlət sənətçisi Şahmardan Abilev çıxışında Estay Berkimbayulinin əsərlərinin gənc nəsillər tərəfindən sevildiyini diqqətə çatdırdı.

Digər çıxışçılar da Estay Berkimbayulınin yaradıcılığını təhlil etdilər. Vurğuladılar ki, onun şeirləri və bəstələdiyi mahnılar bütün dövrlərdə sevilib.

Bədii hissədə görkəmli bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim olundu.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.8.