O, Azərbaycanı dünyaya,
dünyanı Azərbaycana tanıtdı
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il ötdü.
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Mərasimdə Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, millət vəkilləri, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Prezident məzarın önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib.
Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.
O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki o, Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtdı. O, Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub yaratdı.
“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olmuşdur”, - deyən ulu öndər istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxardı. Azərbaycanı fəlakətlərdən xilas etdi, sözün həqiqi mənasında, xalqının xilaskarına çevrildi.
Heydər Əliyev dövrü
Azərbaycan tarixinin, mədəniyyətinin,
elminin, təhsilinin qızıl
dövrünə çevrildi. Türk dünyasının bu
böyük oğlunun
danılmaz xidmətlərindən biri güclü, sabitliyə qovuşmuş
Azərbaycan idisə, digəri, özünə layiq siyasi varisin
yetişdirilməsi idi. Bu
gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dahi rəhbərin siyasi
kursunu, onun
ideyalarını, yolunu inamla
davam etdirir.
Mədəniyyət.- 2018.- 14
dekabr.- S.2.