Mədəni irsin təşkili
və idarə olunmasında İtaliya ilə
əməkdaşlıq
Nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə səfərdədir
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 12-14 dekabr tarixində İtaliyanın Pyemonte regionunda “İnteqrasiyalı idarəetmənin planlaşdırılması” mövzusunda Tvinninq layihəsində tərəfdaş olmuş İtaliya Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə hazırlanmış tədqiqat səfərindədir.
Səfərin əsas məqsədi “İnteqrasiyalı idarəetmə planı”nın icrası və ölkədə daha geniş miqyasda tətbiqinin yaxından araşdırılmasıdır. Nümayəndə heyəti Turində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin əməkdaşları ilə “İtaliyada mədəni irsin təşkili və idarə olunması. Milli səviyyədən yerli səviyyəyə qədər” mövzusunda görüş keçirib və bu ölkənin dövlət mədəniyyət müəssisələrinin fəaliyyətləri, onların planlaşdırılması və həyata keçirilməsi barədə ətraflı məlumat alıblar.
Nazirliyin nümayəndə heyəti həmçinin regionun Asti və Alba əyalətlərinə də səfər edib, “Asti əyalətinin tarixi kəndləri” – tarixi mərkəzi ictimai yerlərin müasirləşdirilməsi layihəsi, eləcə də Qoriya Fondu və Asti Muzey Fondu, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Lanqe Roero və Monferrato əraziləri ilə tanış olub.
Qeyd edək ki, 2016-2018-ci illərdə
həyata keçirilən “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinə dəstək”
adlı Tvinninq layihəsinə əsasən
İsmayıllı Regional Mədəniyyət
İdarəsi pilot region
müəyyən edilib və İtaliya təcrübəsi
nəzərə alınaraq “İnteqrasiyalı idarəetmə
planı” hazırlanıb.
Mədəniyyət.- 2018.- 14
dekabr.- S.1-2.