Mədəniyyət Nazirliyinin kollektivi ulu öndərin məzarını ziyarət edib

   

 

 

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük şəxsiyyət, müdrik dövlət xadimi ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin himayədarı olub, bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməyib.

Azərbaycan xalqı dövlətçilik tariximizdə müstəsna yeri olan bu dahi oğlunun əvəzsiz xidmətlərini heç vaxt unutmur və 15-ci ildir ki, ulu öndərin əbədiyyətə qovuşduğu 12 dekabr günündə onun əziz xatirəsini ehtiramla yad edir.

Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi dekabrın 12-də Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət edib. Nazirliyin əməkdaşları məzarın önünə tər çiçək dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Anım mərasimində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.3.