Opera Balet Teatrı premyeraya hazırlaşır

 

 

 

Dövlət Akademik Opera Balet Teatrında Cakomo PuççinininManon Leskooperasının premyerası olacaq.

Dekabrın 22-də təqdim olunacaq səhnə əsərində Xalq artisti Əkrəm Poladov, əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev, solist Fəhmin Əhmədli çıxış edəcəklər.

Əsas partiyanı ifa etmək üçün Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Pyotr Primak dəvət olunub. Tamaşanın musiqi rəhbəri dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

Manon LeskoPuççini yaradıcılığında xüsusi yeri olan əsərlərdən biridir. Tamaşanın premyerası 1893-cü ildə Turində (İtaliya) olub. Operanın librettosu Antuan Fransua Prevonun Avropada çox populyar olanKavaler de QrieManon Leskonun sevgi tarixçəsi” romanının motivləri əsasında yazılıb.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.4.