Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgiləri

 

 

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan TeleviziyaRadio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq gənclər inkişaf mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində reallaşanDoğma diyarRespublika uşaq rəsm müsabiqəsinin yekun sərgiləri keçiriləcək.

Müsabiqənin 12 yaşa qədər uşaqlar üçün sərgisi 19 dekabrda, 12-17 yaşarası uşaqlar üçün sərgisi isə 20 dekabrda Xətai Sənət Mərkəzində təşkil olunacaq.

Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə keçirilən müsabiqədə iştirakçılar yaşadıqları yerin təbiət mənzərələrini, tarixi abidələrini, mətbəx nümunələrini və s. öz duyğuları ilə rəsmlərdə əks etdiriblər.

Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar. Həmçinin ayrı-ayrı təşkilatların müxtəlif nominasiyalar üzrə diplomlar təqdim olunacaq. Ən yaxşı 20 əsər ilin sonunda Muzey Mərkəzində keçiriləcək Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yekun tədbirdə nümayiş olunacaq.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.4.