Fransada Tofiq Quliyevin
mahnılarına alqış
Fransanın Soultzmatt şəhərində “Rencontre Art et Culture vallis praenobilis” Assosiasiyasının ənənəvi sərgisi açılıb. Sərgidə Fransanın tanınmış incəsənət nümayəndələrinin əsərləri nümayiş olunur.
Açılış mərasimində Sundhoffen kommunasının sakini,
azərbaycanlı bəstəkar, vokalist və
xor dirijoru İlahə
Ahui də iştirak edib. O, tədbirdə Azərbaycanın
görkəmli bəstəkarı, Xalq artisti Tofiq Quliyevin
“Sevgi valsı”, “Bakı” və “Axşam” mahnılarını ifa
edib. Azərbaycanlı vokalistin
ifasında səslənən mahnılar incəsənət
nümayəndələri və şəhər sakinləri tərəfindən
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2018.- 14
dekabr.- S.7.