“Qızıl açarlar”
beynəlxalq müsabiqəsində mükafat
Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot musiqi məktəbinin tələbəsi, azərbaycanlı fleytaçı Ağarəhim Quliyev “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqəsinin mükafatına layiq görülüb.
2018-ci ildə Paris, Pekin, Nyu-York, Sankt-Peterburq, Vilnüs, Sürix, Praqa və dünyanın başqa şəhərlərində keçirilən “Qızıl açarlar” musiqi müsabiqələrinin mükafatlandırma mərasimi İle-de-France regionunun Le Raincy kommunasında təşkil olunub.
Paris ali musiqi məktəbinin tələbəsi Ağarəhim Quliyev fleytada İtaliya bəstəkarı Pietro Morlaççinin “İl pastore svizzero” əsərini ifa edərək “Qızıl açar” mükafatını qazanıb.
Ağarəhim Quliyev musiqi məktəbinə iki
ay əvvəl daxil olub. İstedadlı gənc musiqiçi
bir neçə beynəlxalq müsabiqədə
uğur qazanıb. O,
Estoniyanın Narva şəhərində
“Baltika ulduzları” IV Beynəlxalq musiqi müsabiqəsində ölkəmizi təmsil
edib. 2012-ci ildə Bakıda İSESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi,
“Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı
ilə İslam dünyasının gənc
klassik musiqi
ifaçılarının birinci beynəlxalq
müsabiqəsinin Qran-pri mükafatına
layiq görülüb.
Mədəniyyət.- 2018.- 14
dekabr.- S.7.