Daşkənddə kitabfoto sərgiləri açılıb

 

 

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ulu öndərin fəaliyyəti, onun xalqımız qarşısındakı xidmətlərinə həsr edilmiş kitab sərgisi və “Heydər Əliyev və Özbəkistan” adlı fotosərgi təşkil olunub.

Sərgilərlə Daşkənddəki bir sıra ali məktəblərin tələbələri və orta məktəblərin şagirdləri də tanış olublar.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ulu öndərin anım günü ərəfəsində “TürküstanRespublika sarayında Daşkənddəki uşaq evləri arasında keçirilən xeyriyyə festivalına da sponsorluq edib. Mədəniyyət mərkəzi tərəfindən 15 uşaq evinə hədiyyələr verilibkonsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.4.