Filarmoniyada ümummilli liderin xatirəsinə həsr olunmuş konsert proqramı
Böyük dövlət xadimi,
dahi siyasətçi,
ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü
münasibətilə dekabrın
12-də Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təqdim olundu.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazirliyin, eləcə də Bakı şəhərində
fəaliyyət göstərən
mədəniyyət müəssisələrinin
kollektivləri iştirak
edirdi.
Xatirə
konsertində Xalq artisti Rauf Abdullayevin
bədii rəhbərliyi
və baş dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri çıxış
etdi.
Proqramda
Üzeyir Hacıbəylinin
“Koroğlu” operasından
uvertüra, Qara Qarayevin “Matəm odası”, “Leyli və Məcnun” simfonik poeması, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”,
Soltan Hacıbəyovun
“Karvan” simfonik lövhəsi, Asəf Zeynallının “Muğamsayağı”,
Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baletindən adajio və Tofiq Quliyevin
“Sənə də qalmaz” əsərləri səsləndirildi.
Təqdim olunan ifalar ömrü
boyu Azərbaycanın
mədəniyyət və
incəsənətinə qayğı
göstərən ulu
öndərin əziz
xatirəsinə minnətdarlığın
musiqi dili ilə ifadəsi idi.
Fariz HÜSEYNOV
Mədəniyyət.- 2018.- 14
dekabr.- S.3.