Bakıdan aparılanqara qızıl”ınMiras”ı

 

 

Nobel qardaşlarının ölkəmizdəki fəaliyyəti haqqında film çəkilib

 

Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuşMirasadlı bədii-sənədli film hazırlayıb. Film layihəsi “Nobel oil” şirkətinin sponsorluğu ilə həyata keçirilib.

Bakı Media Mərkəzindən bildirilib ki, filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm dünya neft hasilatının inkişafında tarixi rolu əhəmiyyətini vurğulamaq, eləcə Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması təbliği işinə töhfə verməkdir.

Ekran əsərində Nobellərin böyük nailiyyətləridünyada ilk neftdoldurma tankeri neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi digər yeniliklərdən bəhs olunur.

Eyni zamanda filmdə neft sənayesinin inkişafı iləqara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə Azərbaycanın regionda geosiyasi önəm qazanması bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizə aparmalarından da danışılır.

Bundan başqa, filmdə Nobel Mükafatı Fondunun 15-17 faizinin “Nobel qardaşlarıneft hasilatı şirkətinin Bakı neftindən əldə edilmiş gəlirləri hesabına formalaşması diqqətə çatdırılır Bakı neftinin tarixi, bəşəri əhəmiyyətli Nobel Mükafatı Fondu ilə üzvi bağlılığı qeyd olunur.

HəmçininMirasfilmində Nobel qardaşları tərəfindənqara qızıl”a dair yaradılan irsin bu gün Azərbaycanda inkişaf etməsi ölkəmizin dünyanın etibarlı enerji təminatında rolu nümayiş olunur.

Mirasbədii-sənədli filminin ssenari müəllifi quruluşçu rejissoru Zaur Qasımlı, quruluşçu operatoru Vladimir Artemyev, quruluşçu rəssamı Şahin Həsənlidir.

Filmin tezliklə ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Bir günəş altında”, “Son iclas” sənədli filmləri yer alır.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.1;4.