Muxtar respublika Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (İSESCO) baş direktorunun müavini Amina əl-Həcri və
TÜRKSOY-un baş katibinin
müavini Fırat Purtaş ilə görüşüb.
Ali Məclisin sədri qonaqları salamlayaraq Naxçıvan şəhərinin
2018-ci il üçün “İslam
mədəniyyətinin paytaxtı”
seçilməsini, il
ərzində İSESCO və
TÜRKSOY ilə birgə
tədbirlərin keçirilməsini
yüksək dəyərləndirib.
Diqqətə çatdırıb ki, ötən dövrdə muxtar respublikada türk-islam abidələri bərpa olunub.
Amina əl-Həcri
İSESCO-nun baş direktoru
Əbdüləziz Osman
əl-Tuveycrinin salamlarını
Ali Məclisin sədrinə
çatdıraraq deyib
ki, “İslam mədəniyyətinin paytaxtları”
layihəsinin əsas məqsədi tarixi mədəni abidələrə
yeni baxış, onların bərpası və tanıdılmasıdır. Zəngin tarixi
mədəni irsə malik olan Naxçıvanda
bu istiqamətdə görülən işlər
məmnunluq doğurur.
TÜRKSOY-un baş katibinin
müavini Fırat Purtaş qeyd edib ki, 2009-cu ildə Türkdilli ölkələrin dövlət
başçılarının IX zirvə görüşünün
Naxçıvanda keçirilməsi
və əməkdaşlığın
inkişafı sahəsində
qəbul edilmiş qərarlar bu gün uğurla reallaşdırılır. Naxçıvan şəhərində yüksək
səviyyədə keçirilən
“Türküstandan Anadoluya
irfan məktəbinin alimləri” 2-ci konfransı
da bu tədbirlərin
davamıdır. Fırat
Purtaş, həmçinin
vurğulayıb ki,
TÜRKSOY və İslam
Təhsil, Elm və Mədəniyyət Təşkilatı
arasında üçillik
əməkdaşlıq protokolu
imzalanıb. Naxçıvan
TÜRKSOY və İSESCO arasında,
o cümlədən İslam
mədəniyyətinin “paytaxt”ları
ilə Türk dünyasının mədəniyyət
“paytaxt”ları arasında
əlaqələrin qurulması
və inkişafı baxımından mərkəz
rolunu oynayır.
Fırat
Purtaş türkdilli ölkələr arasındakı
əlaqələrin inkişafına
verdiyi töhfələrə
görə Ali Məclisin
sədrinə TÜRKSOY-un “25-ci il xatirə medalı”nı təqdim edib.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının
mədəniyyət naziri Əbülfəs
Qarayev “Naxçıvan İslam
mədəniyyətinin paytaxtı-2018” tədbirlərinin dünyada və ölkəmizdə böyük maraqla
qarşılandığını bildirib,
yaradılan şəraiti və göstərilən dəstəyi
yüksək dəyərləndirib, Ali
Məclisin sədrinə xatirə rəsmi hədiyyə edib.
Mədəniyyət.- 2018.- 19
dekabr.- S.4.