Regionlardakı muzeylərə elmi-metodik yardım

 

 

 

Respublikanın aparıcı muzeylərindən olan Milli İncəsənət Muzeyinin fəaliyyəti regionlarda elmi-metodik yardım göstərilməsini əhatə edir. Ötən illərin təcrübəsi göstərir ki, tarix-diyarşünaslıq muzeylərinin elmi fəaliyyətinə dair tövsiyə metodiki yardım əməli fayda verir.

Milli İncəsənət Muzeyinin dekabr ayındakı növbəti səfəri şimal bölgəsinə olub. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevlə görüşdən sonra muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova Xaçmaz, Quba, Qusar Şabranda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərindəki işlərlə tanış olub.

Kolleksiyaların mühafizəsi, eksponatların xronoloji ardıcıllıq, bədii-estetik yöndən nümayişi, elmi inventarizasiya, aparılan ekskursiya, təbliğat, elmi tədqiqat, atribusiya s. haqqında əməkdaşlar məlumatlandırılıb müzakirələr keçirilib.

Xədicə Əsədova bildirib ki, əksər muzeylər təmir edilmiş yeni, normal şəraiti olan binalarda yerləşir. Ekspozisiyanın konsepsiyası bir qayda olaraq bölgənin coğrafi xəritəsi, təbiətlə bağlı guşə ilə başlayıb, arxeoloji materiallar, sənətkarlıq, etnoqrafik bədii əhəmiyyət kəsb edən maddi-mədəni abidələrin nümayişi, tanınmış şəxsiyyətlər, Milli Qəhrəmanlar, şəhidlərimiz son dövrlərdə Azərbaycanın yüksələn rifahı haqqında məlumatların toplandığı vitrin, interyer onları bəzəyən tarixi fotolar, sənədlərdən ibarətdir.

Əməkdaşların sualları dolğun cavablandırmaları onların peşəkarlığından xəbər verir. Bununla yanaşı, bəzi muzey ekspozisiyalarında vitrinlərdə eksponatların dağınıq, gərək olmadığı halda əşyaların təkrar ya həddindən çox sıx, yaxud dövr baxımından nizamsız düzülüşü, bəzən adların yanlış yazılması kimi hallar da mövcud idi. Bu barədə iradlar bildirilib, tövsiyələr muzey əməkdaşları tərəfindən qeydə alınıb, bəziləri yerindəcə həllini tapıb. Direktor müavini bildirib ki, Milli İncəsənət Muzeyinin regionlarla əməkdaşlıq sahəsində elmi-metodik tövsiyə xarakteri daşıyan səfərləri davam edəcək.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 19 dekabr.- S.6.