Ölkəmiz Vyanada
xeyriyyə tədbirində təmsil olunub
Vyanadakı “Austria Center Vienna” konqres mərkəzində BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının təşkilatçılığı ilə 50-ci “Beynəlxalq Festival – Bazar” xeyriyyə tədbiri keçirilib. “Uşaqlara yardım üçün birləşmiş əllər” devizi altında keçən xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış ediblər.
Hər il olduğu
kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi
tədbirdə iştirak edib.
Səfirliyimizin əməkdaşları və bu ölkədə yaşayan
soydaşlarımızın xanımları tərəfindən
hazırlanmış milli mətbəximizin
ləziz xörək və şirniyyatları
iştirakçılara təqdim edilib, milli suvenirlər guşəsində isə xalq sənəti nümunələri, eləcə
də Azərbaycan şirkətlərinin məhsulları
nümayiş olunub.
Mədəniyyət.- 2018.- 19
dekabr.- S.8.