“...və bütün qaranlıq otaqlar

 

“Açıq kitabxanada gənc şairin yeni kitabının təqdimatı

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Tural Turanın “...və bütün qaranlıq otaqlar” adlı şeirlər kitabının təqdimatı dekabrın 15-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da gerçəkləşib.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Açıq kitabxana”nın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət NazirliyiMilli Kitabxananın birgə layihəsi əsasında 2016-cı ildən fəaliyyət göstərən bu məkanda tez-tez belə kitab təqdimatları, ədəbi görüşlər keçirilir. O, Tural Turanı kitabının təqdimatı münasibətilə təbrik edib.

Yazıçı-publisist Kənan Hacı, yazıçı-jurnalist Azər Qismət, şair Seyran İsmayıl, filoloq Tural Mirzəyev və digər çıxış edənlər kitabın məziyyətlərindən danışıblar, qələm dostlarına yeni yaradıcılıq uğurları diləyiblər. Bildirilib ki, bu müəllifin sayca beşinci kitabıdır. Gənc şairin şeirləri daha çox bəşəri ideyaları əks etdirir.

Şair tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2018.- 19 dekabr.- S.7.