Milli Qəhrəman Akademik Milli Dram Teatrında yad olunub
Akademik Milli
Dram Teatrında yazıçı-dramaturq
Hüseynbala Mirələmovun
“Xəcalət” tamaşasının
növbəti nümayişi
Azərbaycanın Milli
Qəhrəmanı Koroğlu
Rəhimovun 65 illiyinə
həsr olunub.
Tamaşanın nümayişindən əvvəl
Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının
sədr müavini Hacı İsmayılov Milli Qəhrəmanının
keçdiyi döyüş
yolundan danışıb. Bildirib ki, Koroğlu Rəhimov Xocalı faciəsindən sonra könüllü olaraq
1992-ci il martın 17-də Azərbaycan
Silahlı Qüvvələrinin
sıralarına yazılıb.
N saylı hərbi
hissədə 2-ci motoatıcı
bölüyə komandir
təyin olunub. 1992-ci ilin iyununda
Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərinin
erməni quldurlarından
azad edilməsində iştirak edib. Həmin il
iyulun 3-də tabeliyində
olan bölük Koroğlu Rəhimovun əmri ilə Ağdərə istiqamətində
hücuma keçib. Burada gedən qanlı döyüşlərdə K.Rəhimov
şəhid olub.
Sonra tamaşa
nümayiş olunub. “Xəcalət”
tamaşasına Gənc
Tamaşaçılar Teatrının
baş rejissoru, Əməkdar incəsənət
xadimi Bəhram Osmanov quruluş verib, quruluşçu rəssamı İsmayıl
Məmmədov, bəstəkarı
Xalq artisti Siyavuş Kərimidir.
İkihissəli dramda rolları
xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar
artistlər Mətanət
Atakişiyeva, Əlvida
Cəfərov, Məzahir
Cəlilov və aktrisa Xədicə Novruzlu ifa edib.
Səhnə əsərində bir ailənin timsalında müharibənin yaratdığı
faciələrə, qaçqınlığın
dünyanı narahat edən qlobal problemə çevrilməsinə
xüsusi diqqət yetirilib. Tamaşa Qarabağ müharibəsində
çiyin-çiyinə vuruşan,
lakin müharibədən
sonra uzun müddət bir-birindən
ayrı düşən
iki uşaqlıq dostunun görüşündən
bəhs edir.
Nümayişdən sonra Xalq artisti
Nurəddin Mehdixanlı
Koroğlu Rəhimovun
qəhrəmanlığı, millət, vətən sevgisi haqqında fikirlərini tamaşaçılarla
bölüşüb, onu
gənclik illərindən
tanıdığını deyib.
Nurəddin Mehdixanlı Milli
Qəhrəmanın oğlu Rəşad Rəhimovu
səhnəyə dəvət edib. R.Rəhimov
atası haqqında xatirələrini bölüşüb,
tədbirin təşkilinə görə Mədəniyyət
Nazirliyinə və Azərbaycan Teatr Xadimləri
İttifaqına təşəkkürünü bildirib.
Mədənitytət.- 2018.- 19 dekabr.-
S.6.