Sərhədləri aşan sənət şöhrəti

 

 

Dahi bəstəkar Qara Qarayev haqqında sənədli film təqdim olundu

 

Dekabrın 19-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə Rusiyanın “DİVİ” telekompaniyası tərəfindən çəkilmiş “Qara Qarayev. Yol” sənədli filminin təqdimatı keçirildi.

Filmin nümayişindən öncə dahi bəstəkarın yubileyi çərçivəsində keçirilən tədbirlər haqqında qısa məlumat verildi. Bildirildi ki, Qara Qarayevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı dövlət başçısının sərəncamına əsasən, Azərbaycanla yanaşı, Fransa, ABŞ, Almaniya, Polşa, Gürcüstan, Rusiya, Macarıstan, Qazaxıstan, Ukraynas. ölkələrdə müxtəlif səpkili tədbirlər təşkil olunub. Həmçinin TÜRKSOY təşkilatı tərəfindən 2018-ci ilQara Qarayev ilielan edilibbu qurum səviyyəsində yubiley tədbiri keçirilib. Bəstəkarın 100 illiyi UNESCO-nun yubileylər proqramına salınıb və may ayında təşkilatın Parisdəki iqamətgahında keçirilən gecə isə dünya şöhrətli sənətkarın təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə bəxş etdiyi misilsiz musiqi əsərləri ilə əbədiyaşar olduğunu bir daha sübut edib.

Daha sonraQara Qarayev. Yol” sənədli filmi haqqında söz açıldı, yaradıcı heyət səhnəyə dəvət edildi. Ekran işinin ssenari müəllifi Nina Smirnova, operatoru Dmitri Novoselov, icraçı prodüseri Dmitri Dulov, maliyyə direktoru Vera İlyena çəkilişlərlə bağlı təəssüratlarını bölüşdülər.

Qeyd olundu ki, filmin ilk nümayişi bu ilin noyabr ayında Rusiyanın “Kultura” (“Mədəniyyət”) kanalında reallaşıb. Filmdə bəstəkar haqqında bu günə kimi lentə alınan sənədli ekran nümunələrindən, həmçinin Azərbaycanın Xalq artisti, rejissor Oqtay Mirasımovun 1968-ci ildə lentə aldığı “Bu, həqiqətin səsidir” filmindən istifadə edilib. Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdirləri Cahangir Məmmədov və İsmayıl Hüseynov çəkiliş prosesinə yaxından köməklik göstərib.

Məşhur bəstəkardan bəhs edən filmi musiqi ictimaiyyətinə təqdim etməyin böyük məsuliyyət olduğunu deyən yaradıcı heyət bu işi Qara Qarayev dühası qarşısında kiçik bir xidmət kimi səciyyələndirdi.

Sonra film nümayiş olundu. Sənədli ekran əsəri böyük bəstəkarın həyat və yaradıcılığını mərhələ-mərhələ tamaşaçıya təqdim edir. Burada musiqiçinin xatirələri, həmçinin tələbələri, həmkarları və qohumlarının müsahibələri yer alıb. Anası Sona xanım Axundova, oğlu, bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayev, qızı, pianoçu Züleyxa Qarayeva-Bağırova, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov, həmçinin vaxtilə bəstəkarla birlikdə çalışmış Rusiyanın görkəmli sənət adamlarının unudulmaz xatirələri sənətkarın əzəmətli portretini bütövləşdirir. Bəstəkarın uşaqlıq və gənclik illərinin yaddaqalan anları da filmdə əks olunub.

Filmlə bağlı fikirlərini bizimlə bölüşən icraçı prodüser Dmitri Dulov dedi ki, Qara Qarayev bəşəri miqyaslı, yaradıcılıq fəaliyyəti bir coğrafi məkana sığmayan böyük sənətkardır, bu filmi çəkərkən bir çox şəhərlərdə işləməli olduq: “Bakıda yekunlaşan çəkilişlər bir daha sübut edirdi ki, dünya şöhrətli əsərlərin müəllifi olan Qara Qarayev qəlblərdə yaşayır, sevilirbu, həmişə belə olacaq. Bizim üçün bu filmi işləmək çox xoş idi”.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.3.