Özbəkistana şöhrət gətirən
soydaşımız
Maqsud Şeyxzadənin
110 illiyi qeyd edilib
Dekabrın
20-də Beynəlxalq Mətbuat Mərkəzində özbək
ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi,
soydaşımız Maqsud Şeyxzadənin anadan
olmasının 110 illik yubileyinə həsr olunan tədbir
keçirilib.
Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
(AMM), Azərbaycanın “Kaspi” qəzeti və eyniadlı Təhsil
Şirkətinin və Azərbaycan Mətbuat
Şurasının birgə təşkilatçılığı
ilə reallaşan tədbirdə ssenari müəllifi və
rejissoru Özbəkistanda yaşayan soydaşımız Eldar Məmmədov
olan “İki xalqın iftixarı” adlı sənədli film
nümayiş etdirilib.
Maqsud
Şeyxzadənin yaradıcılığı, onun özbək
ədəbiyyatına verdiyi töhfələrdən
danışan natiqlər ədibin özbək xalqının
qəhrəmanı Cəlaləddin Manquberdi, hökmdar Mirzə
Uluqbəy kimi tarixi şəxsiyyətlərlə
bağlı yaratdığı əsərlərlə özbək
dramaturgiyasının əsasını qoyduğunu bildiriblər.
Özbək ədəbiyyatının “Şekspiri”
adlandırılan Maqsud Şeyxzadənin qardaş xalqın ədəbiyyatının
və ədəbiyyatşünaslığının
inkişafında əvəzsiz xidmətləri
vurğulanıb. Ədibin bədii tərcümə işinin
də yüksək bilicisi olduğunu deyən
çıxışçılar onun Avropa və dünya
klassiklərinin, eləcə də Azərbaycan ədəbiyyatının
görkəmli simalarının əsərlərini özbək
dilinə tərcümə etdiyini qeyd ediblər.
Çıxışlardan
sonra bir qrup şəxsə hər iki xalqın ədəbiyyatına
verdiyi töhfələrə görə Mətbuat
Şurasının diplomları təqdim edilib.
Mədəniyyət.- 2018.- 21
dekabr.- S.2.