“Azərbaycan xalqına təşəkkür borcumuz var

 

 

 

Krımda nəşr olunanNenkecan” qadın jurnalının 2018-ci ildəki son sayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Azərbaycan ilə Krımın əsrlərə söykənən əlaqələri var. XIX əsrin sonu – XX əsrin əvvəllərində iki xalqın görkəmli mütəfəkkir, yazarictimai xadimləri – Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və İsmayıl Qaspralının əməl və fikir birliyi istiqamətində səyləri bu tarixin mühüm səhifəsini təşkil edir. 105 il əvvəl adı “Alemi-Nisvanolan jurnal Şəfiqə Sultan Qaspralı və Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Nəsib bəy Yusifbəylinin ideyası ilə işıq üzü görmüşdü. Jurnalın baş redaktoru da Şəfiqə xanım idi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında azərbaycanlılar ilə eyni sırada Krım tatarları Cahangir bəy Kazımbəy, Cəfər bəy Rüstəmbəyov və onların xanımları da var idi. 1924-cü ildə Səməd Ağamalıoğlunun dəvəti ilə Bəkir Çobanzadə və digər Krım tatar gəncləri Azərbaycana təhsil almağa gəldilər. Azərbaycan onlara Vətən oldu. Bütün bunlar, eləcə də Azərbaycanda yaşayan Krım tatarlarının sonrakı taleləri, həyat hekayələri jurnalda yer alıb.

Nəşrin baş redaktoru Zera Bəkirova öz məqaləsində qeyd edir: “Bizim Azərbaycan Xalq Cümhuriyyətinə, bu qonaqpərvər xalqa böyük təşəkkür borcumuz var. Lakin Krım tatarları da bu ölkənin qarşısında borclu qalmadılar – Azərbaycanın elmində, sənətində, musiqisində, iqtisadiyyatında və digər sahələrində fəaliyyət göstərərək, müstəqilliyin yenidən qazanılmasında canlarını əsirgəmədilər”.

Nenkecan” jurnalının Cümhuriyyətin 100 illiyinə həsr edilmiş nömrəsinin Bakıda təqdimatı keçiriləcək.

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.8.