Həştərxanda “Qızıl açar” festivalı
Sənət bayramında ölkəmiz də
təmsil olunub
Rusiya
Federasiyasının Həştərxan şəhərində
gənc ifaçıların “Qızıl açar” (“Zolotoy
klyuçik”) adlı ənənəvi festivalı başa
çatıb.
Xəzəryanı ölkələri əhatə edən sayca 25-ci, yubiley festivalının dekabrın 15-də keçirilən qala-konsertində Rusiya Federasiyası, Azərbaycan, Dağıstan və Qazaxıstandan iştirakçılar çıxış ediblər.
Festival Həştərxan Vilayəti Mədəniyyət və Turizm Nazirliyi, vilayətin “Lotos” teleradio şirkəti və Xalq mədəniyyəti elmi-metodik mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Qalina Zoteyeva festivalın hər il gənc istedadlara yaradıcılıq yolu açdığını vurğulayıb, bütün iştirakçıları təbrik edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami
adına Mədəniyyət Mərkəzinin “Məkan” rəqs
ansamblı konsertdə uğurla
çıxış edib. Rəqs
ansamblı laureat adını qazanıb və
diplomla təltif edilib.
Mədəniyyət.- 2018.- 21
dekabr.- S.8.