Muzeydə Raxmaninovun
145 illiyinə həsr edilən konsert
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində məşhur rus bəstəkarı və pianoçu Sergey Raxmaninovun 145 illiyi münasibətilə fortepiano və violonçel əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və digər qonaqların qatıldığı tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova açaraq bəstəkarın ömür yolundan və yaradıcılığından danışıb.
Konsertdə Əməkdar artist, violonçel ifaçısı A.Miltıx, beynəlxalq müsabiqələr laureatı S.Tağızadə və Bakı Musiqi Akademiyasının tələbələri S.Raxmaninovun “Vokaliz”, “Violonçel üçün sonata”, “Elegiya”, “Musiqili an”, “Etüd-lövhə op.39”, “3 prelüd” əsərlərini ifa ediblər. Həmçinin S.Raxmaninovun həyat və yaradıcılığına həsr olunmuş sənədli filmlərdən fraqmentlər təqdim edilib.
Xatirə axşamı S.Raxmaninovun
“Vokaliz” əsərinin M.Rostropoviçin
müşayiəti və görkəmli opera
müğənnisi Qalina Vişnevskayanın ifasında lent yazısının səslənməsi ilə
yekunlaşıb.
Mədəniyyət.- 2018.- 21
dekabr.- S.6.