Yeniyetmə istedad piano müsabiqəsində qalib
olub
On yaşlı istedad, pianoçu Ləman Seyidova Belçikanın paytaxtı Brüsseldə keçirilən Beynəlxalq “Cesar Franck Piano” müsabiqəsində ikinci yeri qazanıb. Bu yeniyetmə pianoçunun növbəti nailiyyətidir.
O, 2017-ci ilin dekabrında Avstriyanın paytaxtı Vyanada keçirilən Beynəlxalq “Edelweiss” ifaçılıq müsabiqəsinin də qalibi olub. Anası Kəmalə Seyidova bildirib ki, qızının arzusu dünya şöhrətli pianoçu olub, müxtəlif ölkələrdə konsertlər vermək, Azərbaycanın adını yüksəltməkdir.
Ləman Seyidova Bakı
şəhəri 23 nömrəli məktəbin 5-ci sinif şagirdidir. O, həmçinin
35 nömrəli Uşaq musiqi
məktəbində fortepiano ixtisası
üzrə musiqi təhsili alır. Onun nailiyyətlər qazanmasında musiqi müəlliməsi Kəmalə Əmirovanın
da böyük əməyi
var.
Mədəniyyət.- 2018.- 21
dekabr.- S.5.