Vyanada gənc solistlərin konserti
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində konsert proqramı təşkil olunub. Dekabrın 22-də keçirilən konsertdə əslən bakılı olan pianoçu və opera müğənnisi, musiqişünas-pedaqoq Lada Atlantovanın yetirmələri çıxış ediblər.
Konsertdən əvvəl L.Atlantova konsert üçün yaradılan şərait və əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib.
Moskva İncəsənət
Akademiyasında Opera müğənniliyi
kafedrasına uzun illər rəhbərlik
edən Lada Atlantovanın tələbələri
konsertdə Avropa bəstəkarlarının
Milad və Yeni ilə
həsr olunmuş əsərlərini ifa ediblər. Konsert
proqramında bəstəkar Gennadi Qladkovun “Bremen
musiqiçiləri” cizgi filmi
üçün bəstələdiyi və
dahi Müslüm Maqomayevin ifasında şöhrət tapan “Trubadurun
serenadası” da səslənib.
Mədəniyyət.- 2018.- 26
dekabr.- S.6.