Meksika universitetində Nizami Gəncəvidən söz
açılıb
Meksikanın və Latın Amerikasının ən böyük universiteti olan Meksika Milli Muxtar Universitetində (UNAM) bu təhsil ocağının və ölkəmizin səfirliyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Mərasimdə meksikalılardan ibarət “Nur Ər Riyad” rəqs qrupu tərəfindən Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında hazırlanmış “İpək Yolu” rəqs tamaşası təqdim edilib. Tamaşa zamanı “Yeddi gözəl” poemasından parçalar oxunub, orada adıçəkilən məmləkət və dövrün rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri nümayiş etdirilib.
Tədbirin
açılışında çıxış edən
ölkəmizin Meksikada müvəqqəti
işlər vəkili Məmməd Talıbov Azərbaycan mədəniyyətinin
meksikalılara təqdim olunması üçün
bu imkanın yaradılmasına görə
universitetin rəhbəriyinə təşəkkürünü
bildirib. O, Azərbaycan ədəbiyyatının
xalqımız üçün nadir xəzinə olduğunu
qeyd edib. Nizami Gəncəvinin ədəbiyyatımızın
ən parlaq nümayəndələrindən
olduğunu, onun
yaradıcılığının dünya
ədəbiyyatında dərin iz qoyduğunu vurğulayıb.
Mədəniyyət.- 2018.- 26
dekabr.- S.8.