“Manon
Lesko”nun ilk tamaşası
İtalyan bəstəkarı Cakomo Puççininin “Manon Lesko” operası dekabrın 22-də Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrında sənətsevərlərə
nümayiş olunub.
Səhnə əsərində baş rolda (Manon Lesko)
Əməkdar artist Afaq
Abbasova səhnəyə
çıxıb. Lesko partiyasını
Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr
laureatı Pyotr Primak ifa edib.
Digər
rollarda Xalq artisti Əkrəm Poladov (Jeront de Ravuar), əməkdar artistlər Fərid Əliyev (Kavaler Qrie), Tural Ağasıyev
(Edmond) və solist Fəhmin Əhmədli çıxış ediblər.
Tamaşanın musiqi rəhbəri
və dirijoru Əməkdar artist Əyyub
Quliyev, quruluşçu
rejissoru Ukraynanın Əməkdar incəsənət
xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət
xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.
Cakomo Puççininin
yaradıcılığında xüsusi yer tutan “Manon
Lesko”nun premyerası
1893-cü ildə İtaliyanın Turin
şəhərində olub. Opera Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulur.
Mədəniyyət.- 2018.- 26
dekabr.- S.3.