“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə
Dekabrın 21-də Heydər Əliyev Sarayında XX əsr Azərbaycan ədəbiyyatının unudulmaz nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqə həsr olunmuş “Müşfiqli dünya” adlı ədəbi-bədii gecə keçirilib.
Şairin 110 illiyi haqqında Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq “Mədəniyyət” kanalının və Heydər Əliyev Sarayının birgə təşkil etdiyi gecədə rəsmilər, mədəniyyət xadimləri, poeziyasevərlər iştirak ediblər. Tədbirdə bildirilib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Mikayıl Müşfiq qısa ömür (1908-1938) yaşamasına baxmayaraq, orijinal əsərləri ilə Azərbaycan ədəbiyyatında dərin iz qoyub, yaradıcılığı ilə bu gün də insanları düşündürür.
Konsertdə şairin sözlərinə bəstələnən nəğmələr səsləndirilib.
Ədəbi-bədii gecədə
xalq artistləri Zaur Rzayev, Gülyaz Məmmədova,
Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova,
əməkdar artistlər Anar
Şuşalı, Almaz Orucova,
Lalə Məmmədova, Babək Niftəliyev, Azərbaycan Televiziya və Radiosunun
solistləri Zabitə Alıyeva, Arzu
Əliyeva, Sərxan Bünyadzadə, Pərviz Qasımov,
Səbinə Ərəbli, Ayşən Mehdiyeva,
Məmməd Nəcəfov, Nadir Qafarzadə,
Günay İmamverdiyeva,
Abgül Mirzəyev, Aytən Məhərrəmova,
Könül Məmmədli və
V.Mustafazadə adına “Sevil” vokal instrumental qrupu çıxış edib.
Mədəniyyət.- 2018.- 26
dekabr.- S.4.