Bakı Xoreoqrafiya Akademiyasında bayram konserti
Bakı Xoreoqrafiya Akademiyasının
Təhsil Kompleksində
(BXA) 31 Dekabr – Dünya
Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib.
Akademiyanın akt zalında təşkil olunan konsert başlamazdan öncə izləyicilərə
Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün
yaranma tarixindən bəhs edən videoçarx nümayiş
edilib. Qeyd olunub ki, bu əlamətdar gün barədə qərar ilk dəfə
1991-ci ilin dekabrında
Naxçıvan MR Ali Məclisinin
ulu öndər Heydər Əliyevin sədrliyi keçən ilə iclasında qəbul edilib.
Sonra BXA-nın
İncəsənət fakültəsinin
tələbələri konsert
proqramı ilə çıxış ediblər. Akademiyanın
tələbələri – əməkdar
artistlər Yuri Lobaçov
və Nigar Rzayevanın təqdimatında
“Tanqo” rəqsi, İncəsənət fakültəsinin
I və III kurs tələbələrinin ifasında
“Azərbaycan süitası”, “Sevgi valsı”, “Yeni il”, “Aylı rəqsi”, “Uzundərə”,
“Yallı” və digər rəqslər nümayiş edilib, əsərlər səsləndirilib.
Konsert proqramı
tamaşaçılarda xoş əhval-ruhiyyə
yaradaraq coşqu ilə
qarşılanıb.
Mədəniyyət.- 2018.- 28
dekabr.- S.2.