“Ölüm həsrəti”
tamaşası təqdim olunub
İrəvan Dövlət Azərbaycan Dram Teatrı dekabrın 25-də Rus Dram Teatrının səhnəsində yazıçı-dramaturq Sabir Şahtaxtının eyniadlı pyesi əsasında hazırlanmış “Ölüm həsrəti” tamaşasının premyerasını təqdim edib.
İrəvan teatrının direktoru, şair-dramaturq İftixar Piriyev bildirib ki, yaradıcı kollektiv milli vətənpərvərlik mövzularını daim diqqətdə saxlayır. “Ölüm həsrəti” pyesi teatr tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə səhnələşdirilib.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda Əməkdar artist Rəşid Rzayev, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Rövşən Cəfərov, Natiq Həziyev, Məhərrəm Musayev, Səmayə İsmayılova, Nicat Mirzəzadə, Əmirulla Nurullayev, Məmməd Zeynalov və Arzuman Tanrıverdiyev çıxış ediblər.
Sonda əsərin müəllifi
Sabir Şahtaxtı teatrın
yaradıcı kollektivinə minnətdarlığını
bildirərək belə səhnə əsərlərinin tariximizin, qan
yaddaşımızın xüsusilə gənc nəslə
çatdırılmasında rolunu qeyd edib.
Mədəniyyət.- 2018.- 28
dekabr.- S.4.