Mövsüm yarı, il tamam olsa da...

 

 

2018-ci ilin tarixə qovuşmasına sayılı günlər qalıb. Yeni il ərəfəsi təkcə qarşıdakı 365 gün üçün  niyyətlərin edilməsi plan tutulması üçün deyil, həm başa çatmaqda olan ilə yekun vurmaqdan ötrüdür.

Hərçənd teatr aləmi illik təqvimlə deyil, mövsümlə çalışar, mövsümə başlar yekun vurar. Amma, necə deyərlər, təqvim ili bitər-bitməz, yekun sözü demək bir adətdir. Odur ki, biz 2018-ci ildə Azərbaycanın teatr aləmində nələrin baş verdiyinə, hansı uğurların qazanıldığına diqqət çəkmək istədik.

 

Beynəlxalq teatr hərəkatının bir hissəsi olmaq...

 

Gerçəkdən , uzun illər dünya teatrına SSRİ-nin açdığı nəfəslikdən boylanmağa məcbur qalmış Azərbaycan teatrı dövlət müstəqilliyinin bəhrələrindən biri kimi artıq dünya teatr prosesinə birbaşa qoşulmaq imkanı qazanıb. Özü təkcə paytaxt Bakıda deyil, regionlarda da böyük sənət tədbirləri keçirilir, bölgə teatrları beynəlxalq festivallarda uğurla iştirak edir, digər ölkələrdəki həmkarları ilə birbaşa yaradıcılıq münasibəti qururlar.

2018-ci ilin may ayında Şəki şəhəri III Beynəlxalq teatr festivalına ev sahibliyi etdi. Artıq ənənəyə çevrilmiş festival bu dəfəSərhədsiz teatrdevizi ilə, demək olar ki, ölkənin bütün ərazisində sənət bayramı ovqatı yaşatdı. Festival iştirakçıları arasında hətta uzaq Kolumbiyadan teatr kollektivinin olması artıq Azərbaycanın teatral ölkə kimi adının okeanları aşması deməkdir. Noyabr ayında isə ənənəvi Bakı Beynəlxalq Teatr Konfransı beşinci dəfə gerçəkləşdi.

Müxtəlif səpkili miqyaslı teatr festivallarında iştirak baxımından 2018-ci il istisna olmadı. Akademik Milli Dram Teatrından tutmuş Sumqayıt, Şəki, Lənkəran teatrlarınadək bir çox teatr kollektivi müxtəlif festivallarda uğurla çıxış etdi mükafatla geri qayıtdı. O cümlədən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarından iki monotamaşaƏməkdar artist Şövqi Hüseynovun oynadığıDəlinin qeydləriKontrabasmükafatlar kolleksiyasına yenilərini əlavə etdi.

 

Dövlətin diqqət qayğısı sənət üçün stimuldur

 

2018-ci ildə zəngin sənət ənənələrinə sahib üç teatrımızın yubileyi oldu. Ölkə başçısının müvafiq sərəncamları ilə Mingəçevir Dövlət Dram Sumqayıt Dövlət Dram teatrlarının 50, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 yaşı təntənə ilə qeyd edildi. Hər üç teatrın yubiley tədbirləri teatrsevərləri necə sevindirmişdisə, ömürlərini sənətə həsr etmiş kollektiv üzvlərinin bir qisminin Prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülməsi, mükafatlandırılması da fərəhləndirdi.

Lap bu günlərdə isə 1992-ci ildən bəri qaçqın ömrü yaşayan Şuşa Dövlət Musiqili Dram Teatrı Bakıda öz binasına yığışdı. Binada 110 yerlik tamaşa salonu, teatr kollektivinin var gücü ilə çalışması, yeni səhnə əsərləri üzərində işləməsi üçün müvafiq şərait var. İndi qalır tamaşaçıların zövqünü oxşayan tamaşaların hazırlanması, bir repertuar planına görə paytaxtdakı digər mənzilli-binalı teatrlarla ayaqlaşmaq.

 

Arzu olaraq qalan varsa

 

Milli teatr məkanı prosesi ilə bağlı istəklərə gəlincə, bütün arzularımız tükənməzdir.

Çox istərdik ki, 2018-ci ildə teatrlarımızda müasir Azərbaycan dramaturqlarının əsərləri daha çox oynanılsın, uğur qazansın sənət hadisəsi kimi gündəmi zəbt etsin.

Çox istərdik ki, beynəlxalq festivallara yola düşən kollektivlər ölkəmizi həm klassik, həm müasir dram əsərləri ilə təmsil etsinlər. Təmsil etsinlər ki, digər ölkələrdən gələn həmkarlarında Azərbaycan dramaturgiyasına da maraq artsın.

Son sözümüz isə budur ki, 2018-ci ilin tamamında arzu olaraq qalan varsa, 2019-cu ildə gerçək olsun.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2018.- 28 dekabr.- S.5.