İlin musiqi mənzərəsindən yadda qalanlar

 

 

Başa çatan il Azərbaycan musiqi mədəniyyəti tarixində rəngarəng tədbirlər və maraqlı layihələrlə yaddaşlara yazıldı. Həmişəki kimi, ənənəvi festivallar sənətsevərlərin görüşünə gəldi. Bütün mədəni tədbirlərdə yenə də son sözü musiqi dedi, möhtəşəm mərasimlər musiqi ilə tamamlandı.

* * *

Martın 7-dən 14-dək Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçirildi. Festival müxtəlif ölkələrdən muğam ifaçılarını, musiqişünasları bir araya gətirdi. Tədbir çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici ölkə musiqiçilərinin iştirakı ilə konsertlər, beynəlxalq elmi simpoziummuğam müsabiqəsi təşkil olundu.

Aprelin 28-dən 30-dək Gəncə Dövlət Filarmoniyasının konsert zalında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə “Zəriflik” Beynəlxalq musiqi festivalı da ilin yaddaqalan mədəniyyət tədbirlərindən oldu. Festival Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

4-7 iyun tarixində Bakıda vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi keçirildi. Müsabiqə “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” ölkə Prezidentinin 11 may 2017-ci il tarixli sərəncamına əsasən reallaşdı. Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan və Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edirdilər.

25-27 iyun tarixində paytaxtımızda daha bir beynəlxalq sənət yarışması - Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsi keçirildi. Müsabiqəyə 10 ölkədən milli, modern  klassik rəqs nümayəndələri qatılmışdı.

Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı bu dəfə də maraqlı musiqi hadisəsi kimi tarixə yazıldı. Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-dən iyulun 1-dək davam edən festival zəngin proqramı ilə musiqisevərlərin yaddaşına yazıldı.

2018-ci ildə paytaxtımız daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. 15-20 iyul tarixində Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Dünya konfransı keçirildi. Tədbirdə müxtəlif ölkələrdən musiqi təhsili üzrə 500-dən çox mütəxəssis iştirak edirdi.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 7-dək keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı bu dəfə də ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrildi.

İyulun 26-dan 29-dək Bakıda, Xəzər sahilindəki “Sea Breeze Resort” istirahət mərkəzində III “Jara-2018” Beynəlxalq Musiqi Festivalı keçirildi. 2016-cı ildə əsası qoyulan festival bu dəfə də Rusiyanın və ümumilikdə MDB məkanının məşhur estrada ifaçılarını bir araya gətirdi.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 26-dək keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqiçiləri ilə yanaşı, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukraynaİrandan tanınmış ifaçıları bir araya gətirdi.

Oktyabda gerçəkləşən növbəti Bakı Caz Festivalı isə paytaxtımızda əsl caz havası yaratdı. Bu dəfə də dünyanın məşhur ifaçıları paytaxtımızda toplandı. Festival çərçivəsində oktyabrın 15-dən 18-dək Beynəlxalq caz müsabiqəsi də keçirildi.

Noyabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan birinciEstrada mahnısı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Müsabiqə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının dəstəyi ilə reallaşdı.

* * *

Ölkəmizdə musiqi təhsilinin inkişafına xüsusi diqqət yetirilir. Mədəniyyət Nazirliyinin istifadəyə verilən “Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı” bu baxımdan böyük əhəmiyyətə malikdir. Portalın yaradılmasında məqsəd bu sahədə daha dinamikgünün tələblərinə uyğun fəaliyyətin qurulmasıdır.

* * *

İlin ən yaddaqalan hadisələri sırasında, sözsüz ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında ölkəmizin təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiya faylının UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini qeyd etməliyik. Bundan əlavə, Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisinominasiya faylının isə təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

* * *

2018-ci ildə həmçinin böyük musiqiçi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının 110, SSRİ xalq artistləri – dahi bəstəkar Qara Qarayevin 100, opera müğənniləri Firəngiz Əhmədova və Lütfiyar İmanovun 90, görkəmli bəstəkar Arif Məlikovun 85, bəstəkarlar – xalq artistləri Hacı Xanməmmədovun 100, Elza İbrahimovanın, xanəndə Arif Babayevqoboy ifaçısı Kamil Cəlilovun 80 illik yubileyləri qeyd olunub.

 

L.ƏLƏKBƏROVA

 

 

Mədəniyyət.- 2018.- 28 dekabr.- S.1;5.