Aşıq Cəlilin 150 illiyi qeyd olunub
Dekabrın 26-da Azərbaycan Milli
Elmlər Akademiyasının
Folklor İnstitutu, Aşıqlar Birliyi və “Dərələyəz”
Vətənpərvərliyin Təbliği İctimai Birliyinin təşkilatçılığı
ilə Aşıq Cəlilin anadan olmasının 150 illiyinə
həsr edilmiş elmi-praktik konfrans keçirilib.
“Dərələyəzli ustad Aşıq Cəlil” mövzusunda tədbiri Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq “Cəlili” aşıq havası ilə öz adını Azərbaycan aşıq sənətinin tarixinə
əbədi yazmış
aşığın həyat
və yaradıcılığından
danışıb. Bildirib ki,
XIX əsrin sonu - XX əsrin əvvəllərində
yaşamış aşığın
yaradıcılığı uzun müddət tədqiqatdan kənarda qalıb və yalnız son 30 ildə onun barəsində müəyyən araşdırmalar
aparılıb. Bildirilib ki,
Qərbi Azərbaycanın
Dərələyəz mahalında
doğulmuş Aşıq
Cəlil ermənilərin
azərbaycanlılara qarşı
törətdikləri soyqırımları
nəticəsində 1918-ci ildə Naxçıvana köçüb və burada aşıq yaradıcılığının inkişafında mühüm
xidmətlər göstərib.
M.İmanov Aşıq Cəlil
haqqında məlumatların
əsasən xatirələr,
rəvayətlər, şeirlər
və aşıq havalarından öyrənildiyini,
onun şeir yaradıcılığının az bir hissəsinin yaşadığımız
dövrə gəlib çatdığını söyləyib.
Qeyd edib ki, özünəməxsus
musiqi yaradıcılığı
ilə seçilən
aşığın yalnız
12 saz havası tədqiqatçılar tərəfindən
müəyyənləşdirilib.
Azərbaycan Aşıqlar Birliyinin
sədri, professor Məhərrəm Qasımlı
və “Dərələyəz”
Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədr müavini Sevindik Hüseynov Aşıq Cəlilin yaradıcılığının
xarakterik xüsusiyyətlərindən
danışıblar.
Tədbirdə “Cəlili” aşıq
havaları haqqında”,
“Şahablı Aşıq
Cəlil və Sallılı Aşıq Cəlil: oxşar adlar, oxşar talelər”, “Dərələyəz
aşıq mühiti və Aşıq Cəlil”, “Dərələyəzli
Aşıq Cəlilin
soykökü”, “Aşıq
Cəlil yaradıcılığı”
və “Dərələyəzli
Aşıq Cəlil: bildiyimiz və bilmədiyimiz həqiqətlər”
mövzularında məruzələr
dinlənilib.
Aşıqlar Birliyi sədrinin
müavini, filologiya
üzrə fəlsəfə doktoru
Aşıq Altay “Cəlili” havalarını
ifa edib.
Mədəniyyət.- 2018.- 28
dekabr.- S.6.