İşgüzar turizmin inkişafı diqqət mərkəzindədir

 

   Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə həsr edilmiş “Açıq qapılar” adlı tədbirdə qurumun yeni strategiya planı təqdim olundu

  

   İndi qarşımızda duran əsas məsələlərdən biri işgüzar turizm sahəsində də ölkəmizə daha çox turistin cəlb olunmasıdır. Bu, idman, mədəniyyət tədbirlərinin təşkili, konfransların, işgüzar görüşlərin keçirilməsi kimi ən müxtəlif sahələri əhatə edə bilər”.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri yanvarın 31-də “Park İnn” hotelində Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə həsr olunmuş “Açıq qapılar” adlı tədbir zamanı media mənsublarına açıqlamasında dedi.

   Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun yeni strategiya planının nəzərdən keçirildiyi tədbirə hotel, səyahət agentlikləri, restoranlar və ölkəmizin turizm sənayesinin nümayəndələri qatılmışdı.

   Nazir Əbülfəs Qarayev tədbirdə çıxış edərək ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası uğurla davam edir: “Ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində ciddi addımlar atılır. Bu, olduqca sevindirici haldır. Həm viza sisteminin sadələşdirilməsi, müasir turizm infrastrukturunun yaradılması, həm də nəqliyyat sisteminin yenilənməsi bu inkişafı sürətləndirir. Ötən il ölkəmizdə böyük tarixi hadisə baş verdi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildibu yol gələcəkdə ölkəmizin turizm sənayesinə öz töhfələrini verəcək. Bu, tamamilə yeni və cəlbedici istiqamətdir”.

   Qeyd olundu ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə üç yeni turizm zonasının yaradılmasının layihələndirilməsi üzərində işləyir: “Yeni turizm zonaları Xızı-Xaçmaz, QubaQusarda yerləşir. Turizm zonalarının layihələndirilməsi işləri bu ilin ortasına kimi davam edəcək. Son zamanlar regionlarda 3 ulduzlu hotellərin tikintisinə daha çox üstünlük verilir. Həmin turizm zonalarında da təşviq olunacaq bütün imtiyazlar 3 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaradacaq”.

   Əbülfəs Qarayev vurğuladı ki, ölkəmizdə uğurla fəaliyyət göstərən turizm şirkətləri var onlar öz peşəkarlıqlarını ildən-ilə daha da artırırlar: “Lakin turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi təcrübəsiz şirkətlər ortaya çıxıb. Ölkəmizə gələn xarici turistlərə göstərilən xidmətin səviyyəsinin daha da artırılmasını hər zaman diqqət mərkəzində saxlayırıq. Turizm şirkətlərinin sayı artsa da, bu şirkətlərin heç hamısının təqdim etdiyi xidmət arzuolunan səviyyədə deyil. Bu vəziyyətin aradan qaldırılması üçün müvafiq tövsiyələr verilir, xidmətlərin çeşidinin səviyyəsinin artırılması istiqamətində işlər görülür”.

   Nazir əlavə etdi ki, hazırdaTurizm haqqındayeni qanun layihəsi üzərində aparılır: “Bu qanun Azərbaycan turizminin keyfiyyətinin imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Əgər kimsə beşulduzlu hotel əvəzinə ikiulduzlu hotelin xidmətlərini göstərirsə, deməli, ölçülər götürüləcək. Əgər turizm şirkətləri dəllallıqla məşğuldursa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq”.

   Əbülfəs Qarayev Azərbaycan Konqreslər Bürosunun ölkəmizin turizm sənayesinin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətini qeyd etdi: “Ölkəmizdə turizmin inkişafı istiqamətində elə şərait yaratmalıyıq ki, beynəlxalq təşkilatlar, müxtəlif şirkətlər, kompaniyalar, qurumlar Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün uyğun məkan kimi seçsinlər. Bunun üçün hotelçilik, turizm şirkətləri və aviaşirkətlərin daxili xidmətlərinin səviyyəsinin artırılması lazımdır. Bu işi birgə həyata keçirmək üçün Azərbaycan Konqreslər Bürosu ilə artıq tədbirlər planı hazırlanıb”.

   Vurğulandı ki, büro Azərbaycan Tədbirlər Alyansı ilə birgə beynəlxalq işgüzar tədbirlər sənayesi ilə əməkdaşlıqlara dəstək olmaq üçün yeniinnovativ imkanlar yaratmaqla dövlət və özəl sektordakı tərəfdaşların sürətlə inkişaf edən şəbəkəsini bir araya gətirir. Büro həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə ölkəmizdə işgüzar turizmin və digər iqtisadi sahələrin inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi dəyərli məlumat və dəstək xidmətləri ilə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaqla Azərbaycanın dünya səviyyəli toplantı və görüş məkanı kimi nüfuzunu möhkəmləndirməkdir.

   Diqqətə çatdırıldı ki, Mədəniyyət və Turizm Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə Konqreslər Bürosu ötən il aprelin 10-dan mayın 10-dək ilk dəfə Bakı Şopinq Festivalını keçirib. Büro bu layihəni ötən ilin payızında da təkrarlayaraq növbəti dəfə festivalın uğurlu təşkilinə nail olub. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük məmnuniyyətlə qarşılanıb.

   Əbülfəs Qarayev onu da qeyd etdi ki, ölkəmizin turizm sənayesində fəaliyyət göstərən şirkətlər, hotellər, turizm mərkəzləri Azərbaycan Konqreslər Bürosu ilə daha sıx əlaqə qurmalıdırlar.

   Tədbirdə Azərbaycan Konqreslər Bürosunun yeni strategiya planı təqdim olundu. Büronun konsepsiyası, məqsədləri, fəaliyyət istiqamətləri haqqında məlumat verildi.

   Daha sonra turizm sənayesinin nümayəndələrini maraqlandıran suallara cavab verildi, qarşılıqlı müzakirələr aparıldı.

  

   Fariz

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.3.