“Bakı
şansonu” adlı konsert təqdim edilib
Yanvarın 31-də Heydər Əliyev Sarayında “Bakı şansonu” adlı konsert proqramı təqdim olunub.
Gecədə tanınmış şanson
musiqisi ifaçıları
Fərhad Bakinski, Cəlal Abbasov, Ceyhun Bakinski, İlqar Sail, Şakir Mərdanov və Sabir Əhmədov iştirak ediblər. Konsertdə tamaşaçılara yeni,
maraqlı və fərqli proqram təqdim olunub. Hər zaman populyarlığını
saxlayan “Bakı şansonu” janrında mahnılar paytaxt sakinləri və şəhərimizin qonaqları
tərəfindən böyük
maraq və alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2018.- 2
fevral.- S.6.