Növbəti Buktreyler festivalına start verilir
2016-cı ildə Azərbaycanda kitaba və mütaliəyə marağın
oyadılması, həmçinin
film sənayesində yeni
istedadların müəyyən
edilməsi məqsədilə
Buktreyler festivalı təsis edilib və iki ildir
ki, uğurla həyata keçirilir.
Festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilati və Azərbaycanın aparıcı kütləvi
informasiya vasitələrinin
informasiya dəstəyi
ilə hər il Beynəlxalq
kitab günü (23 aprel) ərəfəsində
reallaşır.
Buktreyler festivalının təsisçisi,
aktyor Ruslan Sabirlinin bildirdiyinə görə, cəmi iki il keçirilməsinə baxmayaraq
festivalda iştirak üçün müraciət
edənlərin sayı
ildən-ilə artır.
Keçən il hətta bir qrup gənc
bəstəkar buktreylerlərə
təmənnasız musiqi
yazmaq üçün
müraciət edib və maraqlı əməkdaşlıq yaranıb.
Bütün bunlar, əlbəttə
ki, festivalın cəmiyyətdə böyük
marağa səbəb
olmasından xəbər
verir.
Keçən il olduğu
kimi, bu il də Mədəniyyət
və Turizm Nazirliyinin festivalın keçirilməsinə təşkilati
dəstək verəcəyini
deyən R.Sabirli layihənin reallaşmasına
görə nazir Əbülfəs Qarayevə
təşəkkürünü bildirib.
Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.
Festival
barədə ətraflı məlumatı www.booktrailer.az
saytından layihənin facebook səhifəsindən
əldə etmək olar. İşlərin son qəbul
tarixi 8 aprel 2018-ci ildir.
Mədəniyyət.- 2018.- 2
fevral.- S.8.