Azərbaycanlı balet
ustası “Fırtına”da səhnəyə çıxacaq
Fevralın 16-dan 18-dək və 21-də Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki - Opera Narodowa) “Fırtına” baleti nümayiş etdiriləcək.
Teatrın
saytında verilən xəbərə görə, fevralın
17-də və 21-də səhnə əsərində Miranda obrazını Azərbaycanın Əməkdar
artisti Çinarə Əlizadə ifa edəcək. Baletdə bəstəkarlar
Henri Pursell, Tomas Tallis,
Robert Conson, Metyu Lokk və Mişel
van der Aanın əsərlərindən istifadə
edilib. Səhnə əsərinin premyerası
2014-cü ildə Amsterdamda
olub. Balet Varşava Böyük
Teatrında ilk dəfə
2016-cı ildə səhnəyə
qoyulub.
Çinarə Əlizadə Moskvada doğulub. Moskva Dövlət Xoreoqrafiya
Akademiyasında təhsil alıb. 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.
Mədəniyyət.- 2018.- 2
fevral.- S.8.