“Nəsimi poeziyası”

 

  Bədii qiraət müsabiqəsi elan edilib

  

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçiriləcək.

   Müsabiqə iki turdan ibarətdir. I turun ilk mərhələsi 2018-ci ilin fevral-mart aylarında şəhər (rayon) mərkəzi kitabxanalarında təşkil olunacaq. Münsiflər heyəti tərəfindən hər şəhər (rayon) MKS üzrə bir nəfər qalib seçiləcək.

   Müsabiqənin ikinci mərhələsi aprel ayı ərzində Bakı şəhəri və 15 regional idarə üzrə təşkil olunacaq. Bu mərhələdə şəhər (rayon) üzrə qalib gəlmiş bədii qiraətçilər iştirak edəcəklər. Regional mədəniyyət və turizm idarələrinin müəyyənləşdirdiyi münsiflər heyəti tərəfindən hər region üzrə 2 qalib seçiləcək. Müsabiqənin II turu - final mərhələsi may ayında Bakı şəhərində təşkil olunacaq və Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi münsiflər heyəti tərəfindən seçilən qaliblər (I yer üzrə 1 nəfər, II yer üzrə 2 nəfər, III yer üzrə 3 nəfər və 4 həvəsləndirici yer) xüsusi hədiyyələr və nazirliyin diplomları ilə təltif olunacaqlar.

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.13.