Kiçik çillə başlayıb

 

   Yanvarın 31-dən yurdumuzda Kiçik çillə başlayıb. “Çillə” ağrı, acı deməkdir ki, bu da qışın sərtliyinin insan düşüncəsində obrazlaşmış ifadəsidir.

   Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə (40 gün), yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə (20 gün), fevralın 20-dən martın 20-dək isə Boz aydır.

   Adətən Kiçik çillədə hava daha soyuq, sərt və şaxtalı olması ilə fərqlənir. Əski inanclara görə, Kiçik çillə yarı olanda Xıdır Nəbi mərasimi də keçirilir. İnama görə, Xıdır Nəbi bərəkət rəmzidir. Kiçik çillənin 10 günlüyü tamam olanda insanlar bu bayramı ona görə qeyd edir ki, sərt qışın soyuğundan və şaxtasından çıxan Xıdır Nəbi onlar üçün bolluq, bərəkət və ruzi gətirsin. Xıdır Nəbi bayramında evlərdə qovurğa qovurulur, qovut çəkilir və bəzi ayinlər icra edilir.

   

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.15.