“Baku Guide” kataloqunun fevral sayı çapdan çıxıb
Yaddaqalan istirahət, tarix və müasirliyə səyahət həvəskarları,
qurmanlar və sənətsevər turistlər
üçün maraqlı
bələdçi
Paytaxtımıza
təşrif buyuran xarici qonaqlara, eləcə də ölkə vətəndaşlarına
hər yöndən bələdçilik edən,
şəhəri bütün
gözəllikləri ilə
tanıdan “Baku Guide” kataloqunun
2018-ci il fevral buraxılışı
nəfis tərtibat, dizayn və yenilənmiş formatda çapdan çıxıb.
İngilis və rus dillərində
hazırlanan kataloq Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya
və Patent üzrə
Dövlət Komitəsi
tərəfindən qeydiyyata
alınmış xüsusi
əmtəə nişanı
ilə “Baku Guide” MMC tərəfindən
nəşr olunur.
Kataloqun bu sayı da maraqlı yazılar, illüstrativ materiallar, diqqətəlayiq
məlumatlar, faydalı
informasiyalarla zəngindir.
Nəşrin “Bakını kəşf
et” bölməsində Azərbaycanın
qış marşrutları
- paytaxtdan 3-4 saatlıq
yol olan Şamaxı, İsmayıllı
və Xınalığa
(Quba) səyahət, ölkəmizin qış
turizmi və ekstremal idman imkanları barədə söhbət açılır,
Bakının qış
menyusu - mövsümün
ləziz milli mətbəx nümunələrindən
bəhs olunur. Bölmədə həmçinin gənclərin
aktiv istirahəti, balacalar üçün əyləncə mərkəzləri
barədə məlumat
verilir. “Bakının musiqili axşamları” yazısı
milli və xarici musiqilərin müşayiəti ilə
nahar və şam etmək istəyənlərə ünvanlanıb.
“Azərbaycan
Müasir İncəsənət
Muzeyindəki avanqard və ənənələr”
yazısı, xalçalarla
maraqlı instalyasiya və 3D əsərlər
yaradan rəssam Faiq Əhmədin ekspozisiyası haqqında
material sənətsevər səyahətçilərin xüsusilə
diqqətini çəkəcək.
Onlar üçün kataloqun “Sənət və mədəniyyət” bölməsində
daha çox informasiya var. Ənənəvi
olaraq bu bölmədə ay ərzində
paytaxtın mədəniyyət
müəssisələrində keçiriləcək tədbirlər,
teatrların, muzeylərin,
qalereyaların, konsert
salonlarının repertuarı
yer alır. Bu məlumatları hər bir mədəniyyət
və sənət məkanı haqqında yığcam və dolğun tanıtım mətnləri müşayiət
edir.
“Yemək
və içkilər”
bölməsində paytaxtın
yerli və dünya mətbəxi nümunələri təklif
edən məşhur restoran və kafeləri, bar və pabları barədə informasiyalar, düşbərədən
xingala, xaş və pitidən dolmayadək Azərbaycan mətbəxinin ləziz yeməkləri haqqında
yazılar verilib.
“Şopinq”
bölməsi şəhərimizin
həm istirahət, həm ticarət həvəskarı olan qonaqlarına bələdçilik
edir. Burada Bakının iri
ticarət mərkəzləri,
milli suvenirlər və brend mallar
təklif edən mağazaları barədə
zəruri məlumatlar
almaq olar.
Kataloqun “Əyləncə” bölməsində
şəhərdəki kino
nümayişi məkanları,
gecə klubları, müxtəlif sərgilər
barədə xəbərdar,
eləcə də “Bakı şəhər turu”nun (Baku City Tour) marşrutu
ilə tanış olmaq mümkündür.
“Görməli
yerlər və tarixi abidələr” bölməsi oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə
və Yanardağa səyahətə, Bakının
memarlıq inciləri
ilə tanışlığa,
İçərişəhərin tarixi məkanlarını
gəzməyə, şəhərin
ultramüasir tikililərini,
yeni simvollarını
seyr etməyə dəvət edir.
Kataloqun ənənəvi “İnfo-bələdçi”
bölməsində turistlər
üçün zəruri
bilgilər, “ASAN Viza” və “Tax Free” xidməti haqqında informasiyalar, hotellərin, səfirliklərin,
turizm informasiya mərkəzlərinin ünvan
və telefonları təqdim olunur.
“Baku Guide” bələdçi
kataloqunun fevral
sayında həmçinin tariximizin qan yaddaşı - 1992-ci ilin
26 fevralında Azərbaycanın Xocalı şəhərində
yaşanan faciə, erməni qəsbkarlarının
törətdiyi qırğın haqqında ingilis
və rus dillərində məlumat verilir, Xocalı soyqırımının bəşəriyyətin
vicdanında bir qara ləkə
olduğu vurğulanır.
Mədəniyyət.- 2018.- 2
fevral.- S.16.