Azərbaycanlı rəssamın əsərləri Parisdə sərgilənib

 

   Fransa paytaxtındakı “Porte de Versaillessalonunda 4-cü Beynəlxalq müasir incəsənət (Art3f Paris) sərgisində ölkəmizi Sevinc Novruz təmsil edib. Azərbaycanlı rəssamın əsərləri beynəlxalq sərgidə maraqla qarşılanıb.

   Art3f Paris sərgisində müxtəlif ölkələrdən 220-yə yaxın qalereya və fərdi incəsənət ustasının rəsm, heykəltəraşlıq əsərləri və fotoları nümayiş olunub. Sərgidə nümayiş olunan əsərlər xüsusi seçim qaydası ilə müəyyən edilir.

  

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.16.