“Kölgələr vadisi”
Tələbələrin
geyim kolleksiyasının nümayişi
Yanvarın 31-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin geyim dizaynı ixtisası üzrə III və IV kurs tələbələrinin semestr proqramının yekunu olaraq “Kölgələr vadisi” geyim kolleksiyasının nümayişi olub. Universitetin müəllim və tələbələrinin, qonaqların iştirak etdiyi tədbirdə geyim nümunələri Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aysel Əzizovanın rəhbərliyi ilə təqdim edilib.
İmtahan kolleksiyası kursun proqramına uyğun çağdaş, avanqard, vintaj, retro üstünlüyü olmaqla, fərqli geyim üslublarını tələbələrin fərdi ifa tərzində əks etdirib, onların əldə etdikləri yaradıcılıq uğurlarını üzə çıxarıb. Təqdimatda cins, müxtəlif trikotaj və dəri materiallarından hazırlanan gündəlik və ziyafət geyimləri, aksesuarlar təqdim edilib.
S.Qaliboğlu
Mədəniyyət.- 2018.- 2
fevral.- S.16.