Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi qeyd olunacaq
Prezident İlham Əliyev
fevralın 2-də Mingəçevir
Dövlət Dram Teatrının
50 illiyi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, 2018-ci ilin mart ayında Mingəçevir
Dövlət Dram Teatrının
50 illiyi tamam olur. Teatr yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan
və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq
nümunələrinə geniş
yer verib, tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanan
əsərlər ilə
ölkədə teatr
ənənələrinin daha
da zənginləşdirilməsi
işində yaxından
iştirak edib, milli mədəniyyətin
ümumi tərəqqisi
naminə xidmətlər
göstərib.
Sərəncamda Mədəniyyət
və Turizm Nazirliyinə Mingəçevir
Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata
keçirmək tapşırılıb.
Mədəniyyət.- 2018.- 7 fevral.-
S.2.