Yubilyar sənətkarlar təltif edilib

 

   Prezident İlham Əliyevin 2 fevral tarixli sərəncamı ilə Xalq artisti, tanınmış qoboy ifaçısı Kamil Cəlilov Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. Yanvarın 29-da Kamil Cəlilovun 80 yaşı tamam olub.

   Dövlət başçısının digər sərəncamı ilə Xalq artisti Rafiq Əzimov Azərbaycan teatrkino sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Tanınmış aktyor fevralın 6-da 80 yaşını qeyd edib.

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.2.