“Türkiyə mənim də Vətənim”

 

   Fevralın 10-da Malatyada azərbaycanlı rejissor Elçin Musaoğlunun çəkdiyi “Türkiyə mənim də Vətənim” adlı sənədli filmin premyerası keçiriləcək.

   Malatya Böyükşəhər Bələdiyyəsinin istehsalı olan filmdə 2016-cı il 15 iyul gecəsi baş verən dövlət çevrilişi cəhdi zamanı Türkiyədə yaşanan hadisələr azərbaycanlıların gözü ilə lentə köçürülüb.

   Sənədli filmin çəkilişləri Bakı, İstanbul, Ankara, SakaryaMalatyada həyata keçirilib.

   Təqdimatdan sonra sənədli film fevralın 11-də və 12-də Malatya Avşar kinoteatrlarında da nümayiş olunacaq.

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.2.