Azərbaycanın və Hindistanın turizm assosiasiyaları əməkdaşlıq
edəcək
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilk dəfə Hindistanın Dehli şəhərində keçirilən “SATTE 2018” Beynəlxalq turizm sərgisinə qatılıb. Sərgidə Assosiasiyanın üzvü olan 20 yerli turizm şirkəti iştirak edib.
Sərgi çərçivəsində AZTA və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov imzalama mərasimi zamanı qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı turizm axınının artımına, həmçinin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına təkan verəcək.
Görüşdə həmçinin Razeen Hasanın Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəsi seçilməsi məsələsi müzakirə olunub və təsdiqlənib. Assosiasiya rəhbərlərinin növbəti görüşünün may ayında Bakıda keçirilməsi qərara alınıb.
Qeyd
edək ki, Hindistanın Turizm
Agentlikləri Assosiasiyası 1951-ci ildə 12 aparıcı turizm şirkəti tərəfindən təsis
edilib, hazırda Assosiasiya
2500-dən çox üzvü
birləşdirir. Təşkilatın üzvləri
sırasına dövlət və qeyri-dövlət
qurumları daxildir.
Mədəniyyət.- 2018.- 7
fevral.- S.9.