Yeni yaranan musiqi kollektivlərinə ustad
tövsiyələri
Sumqayıt Regional Mədəniyyət
və Turizm İdarəsinin təşəbbüsü ilə
Sumqayıt şəhərində fəaliyyət göstərən
musiqi və incəsənət məktəblərinin müəllimlərdən
ibarət Xalq çalğı alətləri orkestri (dirijor -
Əməkdar mədəniyyət işçisi Vaqif
Süleymanov) və xor kollektivi (dirijor - Firəngiz Xəlilova)
yaradılıb.
Regional idarədən verilən məlumata görə, artıq orkestr və xorun məşq proseslərinə start verilib. Regional idarənin dəvəti ilə “Kimyaçılar” mədəniyyət sarayında keçirilən məşq prosesinə Xalq artisti, dünya şöhrətli sənətkar Alim Qasımov və qızı - Əməkdar artist Fərqanə Qasımova qatılıblar. Gənc ifaçılar Əli Əliyev, Ülviyyə Quliyeva, Səməd Xasıyev və Vüqar Əliyev sevimli sənətkarımızla bir səhnəni bölüşərək orkestr və xorun müşayiəti ilə Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.
Yaxın
günlərdə hər iki kollektivin təqdimat mərasiminin keçirilməsi
nəzərdə tutulub.
Mədəniyyət.- 2018.- 7
fevral.- S.10.