Muğam festivalları müxtəlif mədəniyyətlər arasında maraqlı dialoqdur

 

   Builki beynəlxalq festival Cümhuriyyətin 100 illiyinə həsr olunacaq

  

   2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulanMuğam aləmi” Beynəlxalq Muğam Festivalı qədim və zəngin milli musiqi sənətimizin yaşadılması və təbliği baxımdan əhəmiyyətli layihədir. Festival müxtəlif ölkələrdən musiqiçiləri, mütəxəssisləri, muğamla məşğul olan elm adamlarını bir araya gətirir.

   Bu il martın 7-dən 15-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Konservatoriya və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə festival beşinci dəfə gerçəkləşəcək. Öncəki festivallarda olduğu kimi, bu dəfə də mötəbər tədbirin bədii rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadədir. Onunla görüşüb festivala hazırlıqla bağlı fikirlərini öyrəndik.

  

   - Firəngiz xanım, festivalın formatında hər hansı bir dəyişiklik olacaqmı?

   - Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən bu möhtəşəm tədbir dünyanın bir çox görkəmli musiqiçilərinin və musiqişünas alimlərinin diqqət mərkəzindədir və hər dəfə öz dairəsini genişləndirir. Hər festivalda 20-yə yaxın ölkə təmsil olunur. Festival çərçivəsində müxtəlif səciyyəli konsertlərlə yanaşı, beynəlxalq elmi simpozium da keçirilir. Muğamın şifahi ənənəli musiqi sənəti kimi tədqiqi artıq dünya musiqi elminin prioritet məsələlərindən birinə çevrilib. Formatında dəyişiklik olmasa da, festival hər dəfə fərqli proqram, yeni ideyalarla zənginləşir. Çalışmışıq ki, bu il Azərbaycan tərəfdən iştirakçılar muğam müsabiqələrində püxtələşmiş nəsil olsun. İfaçılarımız bu festivalda Azərbaycan muğamının möhtəşəmliyini bir daha nümayiş etdirəcəklər. Təbii ki, festival çərçivəsində keçirilən konsert və tədbirlərdə iştirak üçün müsabiqə laureatları, OperaBalet Teatrının solistləri, artıq səhnədə yetişmiş, bütöv dəsgah oxumaq qabiliyyətinə malik xanəndələri seçmişik.

  

   - Festival hər dəfə ölkəmizdə bir önəmli hadisəni ehtiva edən mövzuya həsr olunur. Builki festival hansı hadisəni mövzu seçib?

   - Cənab Prezident bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzaladı. Builki festival da Cümhuriyyətimizin yubileyinə həsr olunub. Azərbaycançılıq ideyası və milli şüur musiqimizin şahı sayılan muğam sənətimizdə layiqli təcəssüm olunub. Muğam sənətimiz 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin sənət xəzinəsinə daxil edildi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qeyri-maddi mədəni irs nümunələrimizin qorunması və UNESCO-Azərbaycan əlaqələrinin inkişafı naminə çoxşaxəli fəaliyyəti nəticəsində ötən illərdə muğam sənətimizə diqqət və qayğı daha da artdı. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən muğam sənətimizin qorunması və inkişafı ilə bağlı bir sıra uğurlu tədbirlərin həyata keçirilməsi bu sahədə böyük canlanmaya səbəb oldu. Musiqi xadimlərimiz hər zaman Azərbaycanda muğam festivalının keçirilməsini arzulayırdı. Səmərqənddə keçirilən, muğam ifaçılarımızın birinciliklər əldə etdiyi festivala gedəndə bizdə də belə bir festivalın keçirilməsini xəyal edirdik. Mehriban xanımın rəhbərliyi ilə 2009-cu ildə ilk festival gerçəkləşdi. Birinci festivalı yüksək səviyyədə reallaşdırmaq heçasan deyildi. Bu gün bizim festival dünyada keçirilən bütün muğam festivallarından üstündür. Biz bu musiqi bayramını davam etdirməliyik. Çünki bütün dünya bunu qəbul edib.

  

   - Musiqi bayramının tədbirlər silsiləsində kimi yeniliklər var?

   - Festival çərçivəsində elmi simpozium, müsabiqə olur. Bundan əlavə, muğam operaları, caz konsertləri, muğam dostları ilə görüşlər s. Xatırlayırsınızsa, “Əsli Kərəmoperası bərpa edildikdən sonra, Opera Balet Teatrında tamaşaya qoyulmamışdan əvvəl muğam festivalı çərçivəsində nümayiş olunmuşdu. Demək istəyirəm ki, muğam sənətinin intibahı çoxşaxəli bir prosesdir. Çox gözəl hal odur ki, simpoziuma gələn mütəxəssislər konsertlər vasitəsilə həm əyani şəkildə muğam sənəti nümunələri ilə tanış olmaq imkanı qazanırlar. Simpoziumdan sonra həmin alimlər müsabiqənin münsiflər heyətində yer alırlar.

   Onu da qeyd edim ki, festival bundan sonra 3 ildən bir təşkil ediləcək. Buna səbəb odur ki, iki ilə yeni nəsil xanəndə yetişmir. Mərhələli şəkildə yeni tərzlər formalaşmalıdır. Ənənələrdən danışarkən diqqətə çatdırım ki, festivalın formatını genişləndirmişik. Birinci festivaldan üzü bəri ənənənin davamı olaraq 7 muğam hər axşam Beynəlxalq Muğam Mərkəzində səsləndiriləcək.

   Festivalın açılış konserti Heydər Əliyev Sarayında 7 mart tarixində baş tutacaq. Əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları olacaq. Açılış konsertinə həmçinin bəstəkar Müslüm MaqomayevinNərgizoperasından uzun illərdir səslənməyən ariyanı daxil etdik.

   Açılışda bütün alətlərin səs rənglərini insanlara çatdırmaq istəyirik. Alətlərin səs tembrini çatdırmaq ideyası keçidlər adi yanaşma deyil. Biz qonaqlara göstərmək istəyirik ki, baxın, arfa belə səslənir, onun yanında kanon isə bu cür gözəllikdə, skripka kamançanın ahəngi s. Bu keçidlərin hamısı ideyaların çatdırılması məqsədi daşıyır - yəni bu alətlərinulu babasıŞərqdən gəlib. Həm sübutdur ki, beynəlxalq muğam festivalları artıq gözəl bir mədəniyyət ənənəsinə çevrilmişdir. Müxtəlif ölkələrin muğam ifaçılarını, Şərqin fərqli ənənəvi musiqi janrlarını, professional sənətkarlarını dünyanın görkəmli muğam tədqiqatçılarını Bakıda bir araya gətirən bu festival müxtəlif Şərq musiqi mədəniyyətləri arasında daha bir maraqlı dialoq, əməkdaşlıqdır.

  

   - Bildiyimiz qədər, festival iştirakçıları bölgələrimizdə də olacaqlar...

   - Bəli, həmişəki kimi simpoziumun rəsmi açılışı Milli Azərbaycan Tarixi Muzeyində olacaq. Daha sonra tədbir iki gün müddətində Gəncədə davam edəcək. 8 və 9 mart tarixində qonaqlar Gəncədə inşa edilən yeni filarmoniyanın binası ilə tanış olacaqlarorada muğam konserti təşkil ediləcək. Daha sonra Bakıya qayıdacaqlar və paytaxtda hər axşam Muğam Mərkəzində muğam dəsgahları səsləndiriləcək. Bundan əlavə, proqrama Ü.Hacıbəylinin “Koroğlu” operası, Marionet Teatrının “Leyli və Məcnun”, Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar bəstəkarın “Yeddi gözəl” baletinin tamaşaları da daxildir. Məqsədimiz həm də Bakının ən gözəl konsert salonlarını nümayiş etdirməkdir. Hər gün insanlar yeni məkanlarla tanış olsunlar. Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar festival çərçivəsində məruzələr təqdim ediləcək. “Muğam sənətində azərbaycançılıq məfkurəsi” və “Qara Qarayevin əsərlərində muğamın təcəssümü və izləri” əsas mövzular olacaq.

   Festival günlərində həmçinin Musiqili Teatrda “O olmasın, bu olsun” tamaşası, Akademik Milli Dram Teatrında ötən ilin may ayında UNESCO-da nümayiş olunan “Nəsimiyə ithaf” layihəsinin Bakı premyerası, R.Behbudov adına Mahnı Teatrında Mircavad Cavadovun “Cəngi” qrupunun konserti, Müslüm MaqomayevinŞah İsmayıl” operasının tamaşası qonaqlar üçün təqdim ediləcək.

   Qeyd etdiyim kimi, beynəlxalq muğam festivalları bir daha Azərbaycanı Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu tarixi-mədəni məkan kimi dünyaya tanıdır. Bütün bunlara görə muğam müsabiqəsi layihəsinin ideya müəllifi və təşkilatçısı Heydər Əliyev Fonduna, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Müsabiqənin bütün dünya azərbaycanlıları tərəfindən, eləcə də Şərq və Qərb ölkələrinin peşəkar ifaçıları, muğamsevərləri tərəfindən maraqla izlənildiyi nəzərə alındıqda, onun nə qədər məsuliyyətli, həm də çox vacib bir sənət bayramı olduğu bir daha öz təsdiqini tapır.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.11.