Gənclərin bayramına musiqili töhfə

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Hacıağa Abbasov adına Maştağa Mədəniyyət evində 2 fevral - Gənclər gününə həsr olunmuş tədbirdə maraqlı konsert proqramı təqdim olunub.

   Xalq artisti Fidan Hacıyeva, müğənnilər Rahidə Baxışova, Aysel Əlizadə, Roza Zərgərli, Emil Bədəlov, Əbdül Xalid, Leyla Ramazanlı və başqaları öz ifaları ilə gəncləri təbrik ediblər.

   Mədəniyyət evinin “İncəsənət” rəqs ansamblı və “Nağararitm qrupunun çıxışları tədbirə xüsusi rəng qatıb.

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.13.